İlham Əliyev Balakən rayonuna səfərə gəlib - -FOTO=6

İlham Əliyev Balakən rayonuna səfərə gəlib -FOTO=6

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonunda səfərdə olub.
Dövlətimizin başçısı Balakən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Ölkəmizin əsas turizm məkanlarından olan Balakən rayonunda 2003-cü ilə nisbətdə 2019-cu ildə məhsul buraxılışı 3,1 dəfə, sənaye 18 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, əsas kapitala yönəldilmiş vəsait 10 dəfə artıb. 2003-cü ildən bəri rayonda 20538 yeni iş yeri açılıb, cari ildə qeyri-məşğul əhali üçün ödənişli əsaslarla 350, pandemiya ilə əlaqədar əlavə 200 ictimai iş yeri yaradılıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !