Masallıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni inşa olunacaq uşaq bağçasının tikintisi sürətlə davam edir - -FOTO=4 (AZpressAZ)Ə.ŞÜKÜROV

Masallıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni inşa olunacaq uşaq bağçasının tikintisi sürətlə davam edir -FOTO=4 (AZpressAZ)Ə.ŞÜKÜROV

Son illər respublikamızda, o cümlədən Masallı rayonunda aparılan möhtəşəm quruculuq, abadlıq işləri Ümummilli Lider Heydər Əliyevin siyasətinin uğurlu davamıdır. Pandemiya dövrü olmasına baxmayaraq ölkə rəhbəri İlham Əliyevin balanslı siyasətinin nəticəsidir ki, istər siyasi, istər iqtisadi, istərsə də mədəni-humanitar sahələrdə əldə olunan nəticələr dünya birliyi tərəfindən qəbul edilir, alqışlanır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sosial-iqtisadi həyatında əldə edilən uğurlar hər bir bölgədə olduğu kimi Masallının həyatında da öz əksini tapmaqdadır. Möhtərəm Prezidentimizin tövsiyə və tapşırıqları əsasında şəhər ərazisində irimiqyaslı layihələrin icrası, quruculuq-abadlıq işləri davam etdirilir. Həmçinin məşğulluq səviyyəsinin artırılması, infrastruktur layihələrinin həyata keçirilməsi və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir.
Ölkəmizdə uşaqlara qayğı həmişə ön plandadır. Bu məqsədlə hər il onlarca uşaq-tərbiyə müəssisəsi tikilir. Bu il Masallıda da 7 məktəbəqədər uşaq-tərbiyə müəssisəsinin tikilməsi və ya əsaslı təmir olunması nəzərdə tutulmuşdur. Bu sahədə artıq ilk addım atılıb. Masallı şəhər Səməd Vurğun küçəsində 100 yerlik uşaq-tərbiyə müəssisəsinin tikintisinə 1 iyul 2020-ci il tarixdən başlanmışdır.
Qeyd edək ki, həmin gün təməlqoymada ara məsafəsi gözlənilmək şərtilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov, Milli Məclisin deputatı Məşhur Məmmədov və gənc sahibkar Mədinə Şahbazova da iştirak etmişlər.
İkimərtəbəli, yaraşıqlı bağçada uşaqların əylənməsi üşün hər cür şərait yaradılacaqdır.
Qeyd edək ki, pandemiya dövründə təməli qoyulan uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunur.
İnşaatçılar tikinti obyektində işləri gündən-günə sürətləndirir, uşaq müəsussəsini vaxtından əvvəl təhvil verməyə çalışırlar. Artıq ikimərtəbvəli binanın birinci mərtəbəsində hörgü işləri yekunlaşmışdır. Bu işdə inşaatçılardan — İş icraçısı Qasım Məmmədov, briqadir Bəhruz Fərəcov, bənna Azər, palçıqhazırlayan Rəsul, Nuri və adlarını göstərmədiyimiz insanlar əzmkarlıq nümunəsi göstərirlər.
ƏLİHÜSEYN ŞÜKÜROV. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !