Masallıda bostan bitkilərinin əkin sahəsi genişlənib - -FOTO=4 (AZpressAZ)Ə.ŞÜKÜROV

Masallıda bostan bitkilərinin əkin sahəsi genişlənib -FOTO=4 (AZpressAZ)Ə.ŞÜKÜROV

Masallı rayonunda fermerlər son illər bostan bitkilərinin inkişafına da böyük maraq göstərirlər.
Cari ildə rayonda 61,3 hektar sahədə qarpız, 270,9 hektar sahədə yemiş, 49 hektar sahədə balqabaq əkilib.
Xırmandalı, Çaxırlı, Səmidxan, Həsənli, Qızılağac, Mahmudavar, Sərçuvar, Təklə və başqa kəndlərdə əkin sahələri genişləndirilib. Muğanda yemiş yetişdirməkdə ad çıxaran Xırmandalı kəndində camaat bu il 181 hektar sahədə dadlı və ləzzətli yemiş yetişdirməyə nail olublar.
Təcrübəli sahibkarlar bol məhsul yetişdirmək üçün bitkilərə aqrotexniki qaydada xidmət göstəriblər. Onlar əkin başlanandan ta indiyə kimi olan müddətdə bitkilərin dibini vaxtlı — vaxtında yumşaltmış, bir neçə dəfə becərməsini aparmış, gübrəsini vermiş, bol su ilə təmin etmişlər.
Məhsul toplanışına vaxtında başlayan Masallı əkinçiləri indiyədək sahələrdən 2000 tona yaxın yemiş və qarpız məhsulları tədarük ediblər.
Mütəxəssislər ötən illə müqayisədə cari ildə əkin sahələrinin genişləndirilməsi ilə yanaşı, məhsuldarlığın da xeyli artdığını bildiriblər.
Masallıda bostan məhsulları yığımının qızğın çağıdır. Torpaq mülkiyyətçiləri bu günədək əkdikləri bostan sahəsinin 70-75 faizinin məhsulunu yığıblar.
Hazırda Masallı rayonunda bostan bitkilərinin yığımı davam etdirilir.
Yığılan məhsul əsasən yerli bazarlara və respublikamızın iri şəhərlərinin bazarlarına göndərilir.
ƏLİHÜSEYN ŞÜKÜROV. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !