Təlimlərə qatılan hərbçilərin bayram günlərində istirahətləri təşkil olunub - - FOTO

Təlimlərə qatılan hərbçilərin bayram günlərində istirahətləri təşkil olunub - FOTO

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının bayram və istirahət günlərində mənalı istirahətləri təşkil olunub.


Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni yerlərini, “Əshabi-Kəhf Ziyarətgahı” dini-mədəni abidə kompleksini, Batabat yaylağını, Şahbuz Dövlət Təbiət Qoruğunu ziyarət ediblər.


Türkiyəli hərbçilər gəzinti çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində şəxsi heyətin sosial-məişət şəraiti, silah və texnika ilə tanış olub, əsgərlərimizlə birlikdə nahar ediblər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !