ELŞƏN İSMAYIL təqdim edir - SUS, KAMANÇA! – yeni milli-ideoloji şeir klipi - -VİDEO+FOTO=3

ELŞƏN İSMAYIL təqdim edir - SUS, KAMANÇA! – yeni milli-ideoloji şeir klipi -VİDEO+FOTO=3

Son zamanlar gənclərin milli ruhda tərbiyələndirilməsi, milli təbliğatın mədəni yolla inkişaf etdirilməsi
sahəsində dövlətimizə əvəzsiz xidmət edən, bu müqəddəs işlə tamamən təmənnasız məşğul olaraq milli-
vətənpərvər mövzuda bir neçə bədii, sənədli film, şeir və musiqili kliplər, məqalə, şeir və xüsusilə mətbuatda
fərqli hekayələri ilə seçilən və insanların yaddaşında qalan gənc vətənpərvər, milliyyətçi ədib və kino insanı
Elşən İsmayılın milli ruhda yazıb yaratdığı, videolentə köçürdüyü, həvəslə son kompüter texnologiyasından
istifadə edərək xüsusi təqdimatla izləyicilərinin, özəlliklə gənclərin sərəncamına buraxdığı işlərin ardı-arası
kəsilmir. Biz də media orqanı olaraq bu enerjili və yüksək vətən eşqiylə alışıb yanan gəncimizə dəstək verməyə,
onun maraqlı və milli mövqedən dəyərli hesab edilən layihələrini işıqlandırmağa çalışırıq.
Bu dəfə də gəncimiz bizləri yeni və çox maraqlı bir işiylə təəccübləndirdi. Onunla söhbət zamanı məlum
oldu ki, əvvəllər mətbuatda yayımlanan və xeyli oxucu kütləsinin marağına səbəb olan “SUS, KAMANÇA!”
adlı milli-ideoloji, fəlsəfi şeirini bu dəfə maraqlı bir klip şəklində hazırlayıb. Klip yaxın keçmişimiz və
gələcəyimizlə bağlı dəqiq, ciddi mesajlar verir. Müəyyən qədər siyasi xarakter daşıyan ekran əsəri gəncliyin
milli ruhda tərbiyələndirilməsi və milli təbliğatın inkişafı məqsədilə hazırlanmışdır.
Operator Elçin İsmayıl, baş prodüser Cahid Ağazadədir.
Klipi izləyənlərə qabaqcadan yaradıcı gəncimizin xəbərdarlığı odur ki, onun bu sahədə yeniliyini, texniki və
maddi imkanlarının qısıtlı olmasını, eləcə də milli-mənəvi dəyərlərin təbliğatı, ideya-məzmunun tamaşaçıya
çatdırılması məsələlərini nəzərə alsınlar. Bununla bərabər gənc rejissor bildirdi ki, filmi məhz veb saytlar və
sosial media ilə izləyicilərə təqdim olunması alınacaq rəylərin və ümumi seyr etmə prosesinin onun şəxsi
tərəfindən izlənilməsi məqsədi daşıyır. Odur ki, hər kəsdən öz fikirlərini tam səmimi və dolğun şəkildə ifadə
etməsi xahiş olunur.
Sonda gənc ədib və kino insanı Elşən bəyə yaradıcılıq işlərində uğurlar dilədik və ondan daha maraqlı, daha
effektiv işlər gözlədiyimizi qeyd etdik.
İndisə həmin klipi sizlərin ixtiyarınıza buraxırıq. Xoş izləmələr. İzlədikdən sonra videonu sosial şəbəkələrdə
paylaşmağı və öz rəyinizi yazmağı unutmayın. Hələlik.
VİDEO: 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !