İtaliya A seriyasına sentyabrda start veriləcək - -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

İtaliya A seriyasına sentyabrda start veriləcək -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

""Yuventus"un qələbəsi ilə başa çatan futbol üzrə İtaliya A seriyasının növbəti mövsümünün start günü bəlli olub. 20 klubun mübarizə aparacağı A seriyasının 2020/2021-ci illər mövsümünə sentyabr ayının 19-da start veriləcək. Çempionatın ikinci yarısı isə 2021-ci il yanvarın 3-də başlanacaq. Mövsümə 2021-ci ilin 23 may günü yekun vurulacaq. Xatırladaq ki, A seriyasına əvvəlcə sentyabrın 12-də start vermək nəzərdə tutulmuşdu.   “Mançester Yunayted” klubunun 31 yaşlı çilili futbolçusu Aleksis Sançes bundan sonrakı karyerasını İtaliyada davam etdirmək niyyətindədir. "Sports.ru"nun yaydığı xəbərə görə, çilili forvardın adı "İnter"ə keçməkdə hallanır. Artıq "MYu" ilə futbolçu arasındakı müqavilə hər iki tərəfin razılığı ilə pozulub. Nəticədə "Qırmızı Şeytanlar" futbolçuya 60 milyon avro ödəməkdən xilas olub.Futbolçu özü isə bu sövdələşmədən sonra azad agent statusu hüququ qazanıb. Sançes "İnter"lə 3 illik müqavilə bağlamağa yaxındır. Bu müqaviləyə görö onun illik əmək haqqısı 7 milyon avro təşkil edəcək. Yeri gəlmişkən, Sançes cari məvsümü "İnter"in heyətində icarədə başa vurub. A seriyasında 22 matçda meydana çıxan çilili forvard 4 qola imza atmaqla yanaşı, 9 qola isə assisentlik edib.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !