20 yanvar faciəsinin XXII ildönümünə həsr olunmuş sərgi keçirilmişdir -

20 yanvar faciəsinin XXII ildönümünə həsr olunmuş sərgi keçirilmişdir

19 yanvar 2012-ci il tarixdə Bakı şəıhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Abşeron Rəsm Qalereyasında 20 yanvar faciəsinin XXII ildönümünə həsr olunmuş “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir”mövzusunda sərgi keçirilmişdir.
Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov, Azərbaycan Rəssamlar İttifaqının sənətşünaslıq şöbəsinin müdiri Ziyadxan Əliyev və Bakı şəhəri üzrə rəsm studiyalarının rəhbərləri iştirak etmişlər. Tədbirdə iştirak edən qonaqlar sərgiyə baxış keçirmişlər. Sərgidə 70-dən çox rəsm əsərlərii nümayiş etdirilmışdır. Nümayiş etdirilən 70 əsər, əsasən, qrafik janrda, müxtəlif texnikalarda işlənmişdir. Yeniyetmə rəssamlar quaş, pastel, sulu boya, karandaş, flomaster, tuş və sair materiallardan məharətlə istifadə edərək 20 yanvar faciəsinin real görüntülərini yaratmışlar. Sonra isə orta məktəb şagirdləri arasında “20 yanvar facıəsi xalqımızın qəhrəmanlıq səlmanəsidir”mövzusunda keçirilən rəsm müsabiqəsində I, II, III və fərqlənmiş yerləri tutmuş iştirakçıların mükafatlandırma mərasimi keçirilmişdir.
I yerə Nəzrin Səfərova (Səbail rayonu), II yerə Leyla Cavadova (Sabunçu rayonu), III yerə Əkrami Qasımzadə (Nərimanov rayonu), fərqlənmiş yerlərə isə Gülşən Qarayeva (Binəqədi rayonu), Bəhruz Hüseynov (Xəzər rayonu), Yuliya Maxrova (Xətai rayonu), Ülviyyə Fərşidova (Qaradağ rayonu), Sevinc Baxşəliyeva (Nəsimi rayonu), Nərmin İsmayılzadə (Nizami rayonu), Ləman Tanrıverdiyeva (Yasamal rayonu), Nicat Xudaverdiyev (Suraxanı rayonu) layiq görüldülər.
I, II, III yerləri tutmuş və fərqlənmiş şagirdlər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri ilə təltif olundular.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !