İstismarına icazə verilən yeni çoxmənzilli binalardakı növbəti səyyar sənəd qəbulu bu ünvanlarda keçiriləcək -

İstismarına icazə verilən yeni çoxmənzilli binalardakı növbəti səyyar sənəd qəbulu bu ünvanlarda keçiriləcək

«Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol» kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu avqustun 5-də Bakı şəhəri, Yasamal rayonu,Yeni Yasamal yaşayış massivi, İ.Talıblı küçəsi, 6 ünvanında, avqustun 7-də isə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 215 ünvanında keçiriləcək.

İyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq dörd ünvanda, ümumilikdə 145 mənzilin sənədlərinin qəbulu aparılıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !