Naxçıvan Bölməsi əməkdaşlarının məqaləsi Türkiyədə nəşr olunub -

Naxçıvan Bölməsi əməkdaşlarının məqaləsi Türkiyədə nəşr olunub

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun elmi katibi,
biologiya üzrə fəlsəfə doktoru Ənvər İbrahimov və Bitki sistematikası şöbəsinin
böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Həmidə Seyidovanın
“Naxçıvan Muxtar Respublikası florasında Paxlakimilər fəsiləsinin məhv olma
təhlükəsində olan növləri” adlı məqaləsi Türkiyə Cümhuriyyətinin Qafqaz
Universitetinin Təbiət və Tətbiqi Elmləri İnstitutunun jurnalında dərc olunub.
Məqalədə göstərilir ki, Paxlalılar fəsiləsi floramızda cins və növlərinin
sayına görə ən böyük fəsilələrdən biri olmaqla yanaşı, faydalı növlərinin
çoxluğu ilə də fərqlənir. Cinslərə daxil olan növlərin çoxu fitosenozların başlıca
dominant və subdominant bitkilərindən biri kimi formalaşaraq qiymətli yem,
eyni zamanda, nadir və endemik bitkilərdir.
Qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası ərazisində 2014-2018-ci
illərdə aparılan araşdırmalar nəticəsində Paxlalılar fəsiləsinin endemik növləri
aşkar olunub. Ümumiyyətlə, muxtar respublika ərazisində Paxlalılar fəsiləsinin
46 cinsə aid 258 növü yayılıb. Bunlardan 15 növü Naxçıvan Muxtar
Respublikasının “Qırmızı Kitabı”na daxil edilib, 9 növ isə endemikdir.
Məqalədə Paxlalılar fəsiləsinə daxil olan nadir və məhv olma təhlükəsi
altında olan növlərin yayılma zonaları, məhv olma səbəbləri verilib, xəritələri
tərtib edilib, həmçinin mühafizə yolları göstərilib.
Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsi 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !