Tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdin qarşısı alınıb - - FOTO

Tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdin qarşısı alınıb - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə tütün məmulatlarının ölkə ərazisinə gömrük nəzarətindən gizli yolla gətirilməsi cəhdinin qarşısını alıblar.

Hər üç fakt idarənin "Qırmızı Körpü" gömrük postunda qeydə alınıb.

Gürcüstan istiqamətindən ölkəmizə daxil olan "DAF", "Mercedes-Benz 1840 LS" və "Mercedes-Benz Actros" markalı avtomobillərə gömrük baxışı həyata keçirilib. Bu zaman nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 6160 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !