"Rembo" ləqəbli Raykoviç "Loko"ya keçir - -FOTO=4 (AZpressAZ) İNTİQAM Məmmədov

"Rembo" ləqəbli Raykoviç "Loko"ya keçir -FOTO=4 (AZpressAZ) İNTİQAM Məmmədov

İtaliya B seriyasında çıxış edən "Peruca" klubunun sabiq müdafiəçisi Slobadan Raykoviç karyerasını Rusiyada davam etdirəcək. "Sport-24" ün yaydığı məlumata görə, 31 yaşlı müdafiəçi Rusiyada "Lokomotiv"in şərəfini qoruyacaq. Artıq tərəflər arasında müqavilənin şərtləri və imzalanacağı razılaşdırılıb. Xatırladaq ki, "Peruca" ilə müqaviləsi başa çatdığı üçün futbolçu azad agent statusu alıb. Son üç ildə bu klubun formasını geyinən serbiyalı futbolçu cari məvsümdə cəmi 12 dəfə meydana çıxıb. Onun futboilçu karyerası belədir: 2007-ci ildə London "Çelsi"sinə transfer edən Raykoviç hansı səbəbdənsə, "Zadəganlar"ın heyətində oyun keçirməyib. Bununla belə o, Hollandiyanın "Vitess", "PSV" və "Tvente", İtaliyanın "Palermo", Almaniyanın isə "Hamburq" və "Darmiştadt" klubunda forma geyinib. Almaniya bundesliqasında Son Xın Min və Tolqa Arslanla dalaşdığı üçün onu "Rembo" adlandırıblar.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !