Zidan dünyanın ən yaxşı klub məşqçisidir O, Klopp və Qvardiolanı da keçib - -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

Zidan dünyanın ən yaxşı klub məşqçisidir O, Klopp və Qvardiolanı da keçib -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

 Madrid "Realının baş məşqçisi Zinedin Zidan Fransanın "Lequipe" nəşrinin keçirdiyi sorğuya görə dünyanın ən yaxşı klub məşqçisi seçilib. Bu xəbər Fransa qəzetinin ilk səhifəsində baş xəbər kimi dərc edilib. Zidan bu sorğuda "Liverpul"un baş məşqçisi Yurqen Klopp və "Mnçester Siti"nin çalışdırı cısı Pepa Qvardiolanı geridə qoyub. Xatırladaq ki, futbolçu karyerasını başa vurduqdan sonra "Kral Klubu"na məşqçi kimi dönən Zidan az müddət ərzinda bir sıra uğurlara imza atıb. 2016\2018-ci illərdə "Real"la İspaniya çempionatını və İspaniya Superkubokuna qazanan Zidan bu illər ərzində 3 dəfə isə Çempionlar Liqasının, 2 dəfə UEFA-nın Superkubokunu və klubların dünya çempionatının qalibi olub. Buna baxmayaraq klubla yolları ayrılan fransalı mütəxəssis 2019-cu ildə yenidən "Real"a dönüb və 2019\2020-ci illər mövsümündə İspaniya La-Liqasını udub. O, bu ilin yanvarında isə İspaniya Cuperkubokuna sahib çıxıç. Ümumiyyətlə, Zidan baş məşqçi kimi, "Real"la 10 titul qazanıb. İNTİQAM Məmmədov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !