Madrid "Real"ının və "Porto"nun (Portuqaliya) sabiq qolkiperi İker Kasilyas nəhayət ki, butsularını mıxdan asaraq, karyerasını başa vurub - -FOTO=6 (AZpressAZ) İNTİQAM Məmmədov

Madrid "Real"ının və "Porto"nun (Portuqaliya) sabiq qolkiperi İker Kasilyas nəhayət ki, butsularını mıxdan asaraq, karyerasını başa vurub -FOTO=6 (AZpressAZ) İNTİQAM Məmmədov

İspaniya yığmasının, Madrid "Real"ının və "Porto"nun (Portuqaliya) sabiq qolkiperi İker Kasilyas nəhayət ki, butsularını mıxdan asaraq, karyerasını başa vurub. Karyerasını bitirdiyini elan edən 39 yaşlı Kasilyas öz tvitter səhifəsində belə yazıb: "Keçdiyin mühüm yol odur ki, sən keçdikcə insanlar səni əhatəyə alır və müşayət edir. Sən də bu yolu keçirsən ona görə ki, yol gücləndirilmiş iş rejimindədir. Düşünürəm ki, mən heç bir şübhə yeri olmadan deyə bilərəm ki, mənim keçdiyim yolu və karyeramı ancaq arzu etmək olar". Yeri gəlmişkən, Madrid "Real"ının yetirməsi olan İker Kasilyas bu klubda 510 matçın iştirakçısı olub və 2015-ci ildə klubla yollarını ayırıb. O, "Real"ın heyətində 5 dəfə La Liqanı, 2 dəfə İspaniya Kubokunu, 4 dəfə İspaniya Superkubokunu, 3 dəfə isə UEFA Çempionlar Liqasını udub. İspaniya yığması ilə 2008 və 2012--ci illərdə Avropa çempionu adını qazanan Kasilyas 2010-cu ildəsə dünya çempionu olub. O, 2019-cu ildə "Porto"nun məşqlərindən birində infarkt olub.
bu arada "Real" klubunun rəsmi saytında Kasilyas haqqında xoş sözlər yazılıb: "Kasilyas həmişəlik madridlidir. O, İspaniyanın ən yaxşı qapıçısıdır. Kasilyas həm bizim klubun, həm də dünya futbolunun böyük əfsanəsidir" - deyilən yazıda daha sonra belə yazlır. "Madridin və İspaniyanın tarixinə ən yaxşı qapıçı kimi düşən Kasilyas hələ 9 yaşında olanda bizim kuluba gəlib. O, burada bir oyunçu kimi böyüyüb və 25 il klubun şərəfini qoruyub. İker həmişəlik olaraq, ən yaxşı kapitanlardan biri kimi yaddaşımızda qalacaq. Azarkeşlərin dərin məhəbbətini qazanan Kasilyas həm də "Real"ın ən qiymətli eşalonlarınfdan biridir. O, bizim 118 illik tarixə malik olan futbolumuzun say süçimlərindən biridir. Biz klubumuzun ona və onun ailəsinə olan sevgisini ona çatdırmaq istəyirik".
İNTİQAM Məmmədov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !