Rostislav Pevtsov Avropanın Top-20-sində - -FOTO=4 (AZpressAZ) İNTİQAM Məmmədov

Rostislav Pevtsov Avropanın Top-20-sində -FOTO=4 (AZpressAZ) İNTİQAM Məmmədov

Avropa Triatlon Federasiyası atletlərin yeni reytinq cədvəlini elan edib. Cədvəldə yer alan Azərbaycan atletləri arasında ən yaxşı gösterici yığmamızın lideri Rostislav Pevtsova məxsusdur. Aktivində 2414 xalı olan Pevtsov Top-20-də yer almaqla ilk irmiliyi tamamlayır. Reytinq cədvəlinə 6199 xalla fransalı Vinsent Lyuis liderlik edir. İkinci və üçüncü yerləri isə müvafiq olaraq, ispaniyalı atletlər - Mario Mola (5675) və Fernando Alarza (5125) tutur.
Qadınların analoji cədvəlinə gəlincə, burada yer alan təmsilçimiz Kseniya Levkovskaya 1415 xalla 47-ci pillədə qərarlaşıb. Maraqlıdır ki, britaniyalı Corciya Teylorun (6187) başçılıq etdiyi cədvəldə nəvbəti iki yeri onun həmvətənləri - Cessiku Lermont (5475) və Vikki Xolland (4824) bölüşür.
İNTİQAM Məmmədov  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !