Ərazi məişət tullantılarından təmizlənir -

Ərazi məişət tullantılarından təmizlənir

Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində tullantıların çay kənarına atılması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət  yerində araşdırılıb.


Araşdırma zamanı Vəndam qəsəbəsindəki Qaraçay və Dəstəmaz çaylarının yaxınlığına tullantıların atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi aşkarlanıb. Tullantıların idarə olunmasına cavabdeh Vəndam bələdiyyəsinin sədri Asif Həşimov barəsində protokol tərtib olunub və o, 2000  manat məbləğində cərimə edilib. 


Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan “məcburi göstəriş” verilib.


Hazırda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında ərazi tullantılardan təmizlənir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !