Dr. Vasif Əliyev: COVİD-19 virusuna qalib gələcəyimiz gün çox uzaqda deyil. -

Dr. Vasif Əliyev: “COVİD-19 virusuna qalib gələcəyimiz gün çox uzaqda deyil.”

 COVİD-19 infeksiyasının ölkəmizə ayaq basdığı ilk gündən bu gözəgörünməz düşmənlə mübarizəyə səfərbər olunan ilk həkimlərdən biri də TƏBİB-in İnfeksion Xəstəliklər izrə işçi qrupunun rəhbəri uzman həkim-infeksionist Vasif Əliyevdir. Dr. Vasif Əliyev ölkəmizdə koronavirusa yoluxan xəstələrin müalicəsində yaxından iştirak edən ilk həkimlər briqadasının tərkibində fəaliyyət göstərir.

Bu gün Vasif həkim Mərkəzi Gömrük Hospitalında müalicə alan ən ağır kovidli xəstələri ziyarət edir, onların müalicə planı ilə tanış olur və öz tövsiyələrini verir. O, bütün səylərini, bacarıqlarını koronavirus xəstələrinin müalicəsinə yönəldib. Onun üçün bu düşmən yox olmayınca, dincəlmək də yoxdur.

Dr. Vasif Əliyev 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil aldıqdan sonra 2005-2006-cı illərdə 3 saylı Şəhər Klinik Xəstəxanasında həkim-terapevt xtisası üzrə internatura keçmişdir. O, 2011-2016-ci illərdə Türkiyə Respublikasında İstanbul Universitetinin Tibb fakültəsində "Infeksion xəstəlikləri və Klinik Mikrobiologiya" ixtisası üzrə uzmanlıq təhsili almışdır.

Dünyanın bir çox ölkələrində elmi konfrans və seminarlarda infeksion xəstəliklərinin geniş sahələrini əhatə edən müxtəlif mövzularda çıxışlar edib. O, Türk İnfeksion Xəstəlikləri və Klinik Mikrobioloji dərnəyinin üzvüdir.

Vasif həkim, bütün kollektivimiz adından Hospitalımızda müalicə alan ağır koronaviruslu xəstələri ziyarət etdiyiniz, onların səhhətləri ilə bağlı tövsiyələr verdiyiniz üçün Sizə dərin minnətdarlığımızı bildirir və bu sahədə gördüyünüz işlərdə uğurlar arzu edirik.

Dr. Vasif Əliyev deyir: “COVİD-19 virusuna qalib gələcəyimiz gün çox uzaqda deyil. Zaman gələcək ki, keçmişə baxıb pandemiyadan necə xilas olduğumuz anları xatırlayıb, birlikdə həyata keçirdiyimiz bu nümunəvi fədakarlığın xatirəsini alnı açıq şəkildə bizdən sonra gələn nəsillərə ötürəcəyik”.

- (012) 404-08-08
- Bakı, K.Kazımzadə, 118

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !