Cüdoçular sentyabrda da tatamiyə çıxacaqlar - (AZpressAZ) İNTİQAM Məmmədov

Cüdoçular sentyabrda da tatamiyə çıxacaqlar (AZpressAZ) İNTİQAM Məmmədov

Koronovirus pandemiyası üzündən cüdoçuların sentyabr ayında keçirilməsi nəzərdə tutulan beynəlxalq yarışların vaxtı yenidən təöirə salınıb. Bu haqda Avropa Cüdo İttifaqının (EJU) rəsmi portalında məlumat verilib. Məlum olub ki, adıçəkilən qurum 12-13 sentyabrda Bratislavda və 26-27 sentyabrda isə Buxarestdə keçirilməsi planlaşdırılan Avropanın Açıq Kubok turnirini yenidən təxirə salıb və bu yarışların nə vaxt keçiriləcəyi müəyyənləşməyib. Qeyd edək ki, Dünya Cüdi Federasiyası (İJF) öz növbəsində 18-20 sentyabr günlərində keçirilməsi nəzərdə tutulan Zaqreb Qran-Prisini təxirə salıb. Bu arada EJU Azərbaycan yığmasının lideri Rüstəm Orucovla (73 kq) yaponiyalı Olimpiya çempionu Şohei Ononu müqayisələndirib. Həmin materialda hər iki tatami ustası arasında keçirilən görüşlərin sayı və nəticəsi göstərilib. Məlum olub ki, bu cüdoçular arasında 6 qarşılaşma olub və hamısında Ono qalib gəlib. Bu cütlük son dəfə ötən il Tokioda (Yaponiya) keçirilən mundialda üzləşib. Həmin görüşdə də qələbə sevincini Gündoğar Ölkənin təmsilçisi yaşayıb.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !