Ferran Torres "Mançester Siti"də - -FOTO=4 (AZpressAZ) İNTİQAM Məmmədov

Ferran Torres "Mançester Siti"də -FOTO=4 (AZpressAZ) İNTİQAM Məmmədov

İspaniyanın "Valensiya" klubub yarımmüdafiəçisi Ferran Torres rəsmi olaraq, İngiltərənin "Mançester Siti" klubunun oyunçusudur. Xəbəri 20 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlayan klub özy təsdiqləyib. Məlumata görə, "şəhərlilər" bu transfer üçün İspaniya klubuna 27 milyon avro ödəyib. Yeri gəlmişkən, Torres cari məvsümdə "Valensiya"nın formasında 34 matça çıxıb və 5 qola imza atmaqla yanaşı, daha 5 qola assisentlik edib. Əslən ispaniyalı və 184 sm boya və 77 kq çəkiya malik olan Torres 2017-ci ildən "Valensiya"da oynayır və İspaniyanın U-21-də yer alıb. O, yeni klubunda fprvard kimi meydana çıxacaq.
Maraqlıdır ki, Torres bu arada "Yuventus"un portuqaliyalı forvardı Kriştian Ronaldu haqqında xoş sözlər deyib: "Mən həmişə demişəm ki, bir idmançı kimi ondan nümunə götürürəm. Ronaldu həmişə yaxşıdır və əlbəttə ki, futbolda yüksək nailiyyət əldə etmək istəyən hər bir oyunçu üçün o bariz nümunədir".
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !