Gəncə şəhərində 35 mindən artıq abonent fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunub - - FOTO

Gəncə şəhərində 35 mindən artıq abonent fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunub - FOTO

Respublikanın ikinci böyük şəhəri, böyük  sənaye potensialına malik Gəncədə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihə real bəhrəsini verməkdədir.
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2020-ci ilin mart ayında Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksinin istismara verilməsi, eləcə də Göygöl və Qızılqaya mənbələrinin yaradılması, magistral kəmərlərin, anbarların və şəbəkələrin tikilməsi Gəncə sakinlərinin dayanıqlı və təhlükəsiz içməli su təminatına imkan verib.

  
Yeni su mənbələrinin və su təchizatı infrastrukturunun yaradılması hesabına Gəncə şəhərində gün ərzində qrafikli rejimlə və günaşırı su alan 35 mindən artıq abonent fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunub. Şəhərdə tikintisi başa çatan şəbəkələrin istismara verilməsi nəticəsində əvvələr əhalini su ilə təmin edən 45 subartezian quyusunun fəaliyyyəti dayandırılıb. Yaxın aylarda daha 17 subartezian quyusunun  istismardan çıxarılması nəzərdə tutulur. Subartezian quyularının fəaliyyətinin dayandırılması istismar və elektrik enerjisi xərclərinə qənaətə imkan verir.
 

Qeyd edək ki, Azərbaycan Hökumətinin Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi layihə çərçivəsində Gəncə şəhərində inşası nəzərdə tutulan 855 km içməli su şəbəkəsinin 360 km-lik, 813 km tullantı su xətlərinin 270 km-lik hissəsinin inşası yekunlaşıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !