Əsgər marşı şagirdlərin ifasında - - videoçarx

“Əsgər marşı” şagirdlərin ifasında - videoçarx

Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar xeyli müddətdir evdə qalan paytaxt məktəbliləri yay tətili günlərində də vaxtlarını daha maraqlı və əyləncəli keçirmək üçün müəllimləri tərəfindən onlayn şəkildə müxtəlif tədbirlərə, aksiyalara cəlb olunurlar.

Bu baxımdan Bakının 7, 32, 68, 71, 116, 201, 261, 263, 288, 306, 313, 328, 329 nömrəli tam orta məktəbləri və S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası şagirdlərinin “Əsgər marşı”nı onlayn ifası əsasında hazırlanan videoçarx xüsusi maraq doğurur.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Pedaqogika üzrə fəlsəfə doktoru Nərmin Kamilovanın rəhbərliyi və dirijorluğu, həmçinin məktəblərin musiqi müəllimlərinin dəstəyi ilə ərsəyə gələn videoçarxın çəkilməsində məqsəd şagirdlərə hərbi vətənpərvərlik hisslərini aşılamaq, onların Azərbaycanın Silahlı Qüvvələrində xidmətin müqəddəs borc və şərəf işi olmasına inamını möhkəmləndirmək, məktəblilərdə dözümlülük, cəsurluq, intizam kimi mənəvi keyfiyyətləri inkişaf etdirmək, Vətənə sevgi və məhəbbət duyğularını daha da gücləndirməkdir.

Qeyd edək ki, videoçarxda həmçinin Tovuz döyüşlərində əsgərlərimizin göstərdikləri şücaətdən bəhs edilir, döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalan vətən oğulları ehtiramla yad edilir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !