Naxçıvan Bölməsində virtual sərgi təşkil edilib -

Naxçıvan Bölməsində virtual sərgi təşkil edilib

AMEA-nın Naxçıvan Bölməsinin Elmi Kitabxanasında bu elmi qurumun yubileyi ilə əlaqədar virtual sərgi təşkil edilib.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi-18” adlı sərgidə Naxçıvan Muxtar Respublikasında elmin keçdiyi inkişaf yolunu əks etdirən kitablar nümayiş etdirilir. Həmçinin bölmənin yaradılması ilə bağlı imzalanan rəsmi sənədlər, əməkdaşların müxtəlif elmi nəşrləri, dövri-mətbuat nümunələri oxuculara təqdim olunub.
Bundan əlavə, “Naxçıvan Ensiklоpediyası”, “Naxçıvan abidələri ensiklоpediyası”, “Naxçıvan folkloru antologiyası”, “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ı, “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” “Naxçıvan duzdağının qədim duz mədənləri”, “Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabı”, “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası” və başqa fundamental əsərlər də virtual ziyarətçilərin ixtiyarına verilib.
https://docs.google.com/presentation/d/1sg8baKGLvmSyDMJ6xy9-u8Wy8nc5fiPqKFszoEvIuD4/edit?pli=1#slide=id.g86a568dfa3_0_2883
Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsi 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !