Rəşid Fətəliyevin Azərbaycan səhiyyəsi üçün Kuba nümunəsi adlı məqaləsi dərc edilib -

Rəşid Fətəliyevin Azərbaycan səhiyyəsi üçün Kuba nümunəsi” adlı məqaləsi dərc edilib

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya institutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyevin Azpolitika.info saytında “Cəsur və qürurlu ölkənın təmənnasız həkimləri - yaxud Azərbaycan səhiyyəsi üçün Kuba nümunəsi” adlı məqaləsi dərc edilib.
Ölkəmizdə hökm sürən Covid-19 koronovirusunun tədricən müsbət dinamikaya qədəm qoyduğunu qeyd edən müəllif məqaləsində ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə son illərdə Azərbaycanda ən müasir avadanlıqlarla təchiz edilmiş xeyli sayda tibbi müəssisə - xəstəxananın, poliklinika və s. tikilib istifadəyə verildiyini və səhiyyə sisteminin inkişafına hər il dövlət büdcəsindən milyonlarla manat vəsaiti sərf edildiyini vurğulayıb.
Pandamiya ilə mübarizədə fədakar həkimlərimizin əməyini yüksək qiymətləndirən F.Rəşidov koronavirusla mübarizədə kömək üçün Kubalı həkimlərin Azərbaycana gəlişinə böyük önəm verib.
Geoloq alim hələ sovet dönəmində texniki yardım çərçivəsində filiz yataqlarının axtarışında və öyrənilməsində həmkarlarına yardım məqsədilə Kubada 3 illik ezamiyyətdə olarkən yerli həkimlərin bacarığını və eləcə də Kubanın öndə gedən səhiyyə sistemini müşahidə etmiş bir şəxs kimi təəssüratlarını bölüşüb. Bildirilir ki, həmin dövrdə bu ölkədə texniki sahələr üzrə mütəxəssis çatışmazlığına baxmayaraq, səhiyyə yüksək səviyyədə inkişaf etmişdi. İxtisaslı həkimlər dərmanların böyük əksəriyyəti yerli istehsal olmaqla, müasir avadanlıqlarla təchiz edilmiş xəstəxanalarda xalqa xidmət edirdilər. İndi də Kuba səhiyyəsi dünyada çox yüksək qiymətləndirilən bir səviyyədə inkişaf edib.
R.Fətəliyev onu da diqqətə çatdırıb ki, ötən əsrin 60-80-ci illərində 700-ə yaxın kubalı tələbə Bakıda texniki sahədə təhsil alırdı və onların problemlərinin həlli üçün Bakıda hətta müvəqqəti konsulluq xidməti də təşkil edilmişdi. Alim həkim ixtisaslarına yiyələnmək üçün 100 azərbaycanlı tələbənin hər il olmaqla beş il dalbadal dövlət hesabına Kubaya göndərilməsini təklif edib və bunun digər ölkələrlə müqayisədə iqtisadi cəhətdən və keyfiyyət baxımından daha sərfəli olacağına əminliyi bildirib.
AMEA akademik. H. Əliyev adına
Coğrafiya İnstitutunun
ictimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə:
(012) 538-59 76
mob. (050) 630-10-21
xrzazadeh@gmail.com  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !