Gülağa Tənha - Köməyiniz lazım deyil, yetər ki, mane olmayın!

Gülağa Tənha Köməyiniz lazım deyil, yetər ki, mane olmayın!

Dövlət televiziyasının “Səhər” verilişində qonaq olan xeyriyyəçi-şair Gülağa Tənha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncəmlarına uyğun regionlarda gördüyü işlər haqqında məlumat vermişdir. Təqdim etdiyimiz videoçarx məhz danışılan məktəblərin birinin açılış mərasimi zamanı çəkilmişdir. Masallı rayonunun Təzəkənd kəndində baş tutmuş bu tədbirdə xeyriyyəçi-şair Gülağa Tənha (Qənbərov) əhalinin qarşısında çıxış edərək bildirir ki, bu gün onun üçün sevindiriçi haldır, çünki həmrəyik və beləcə, hər birimiz Prezident cənab İlham Əliyevin əhatəsində birləşməliyik! Sonra Gülağa Tənha vəzifəli şəxlərlə danışığını xatırlayır: Bir dəfə məndən soruşdular: Sənə nə kömək lazımdır? Dedim: köməyiniz lazım deyil, yetər ki, iş görməyimə mane olmayın... Daha sonra Gülağa Tənha cəmiyyətdə xoşa gəlməyən halların baş verməsi fəlakətə uğramış ölkələrin gününə gətirib çıxarabiləcəyindən xəbərdarlıq edir. Ulu öndər Heydər Əliyevin çağırışından sonra 9 noyabr 2001 – ci ildə Azərbaycana gələn xeyriyyəçi-şair Gülağa Tənha çıxışını, yaxın keçmişə həsr etdiyi şeirlə tamamlayır...

 

 

 

 

 

 

I hissə www.azpress.az/index.php

 

 


#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !