Tullantı sularının təkrar emalı sahəsində ixtisaslaşmış şirkətlərlə görüş keçiriləcək -

Tullantı sularının təkrar emalı sahəsində ixtisaslaşmış şirkətlərlə görüş keçiriləcək

Tullantı sularının təmizlənərək texniki məqsədlər, o cümlədən suvarmada təkrar istifadə edilməsi və bu sahəyə özəl sektorun cəlb olunması üçün 14 avqust 2020-ci il tarixində saat 12:00-da ETSN-nin təşkilatçılığı və maraqlı tərəflərin iştirakı ilə videoformatda görüş keçiriləcək.


Məqsəd bu istiqamətdə ixtisaslaşmış şirkətlərlə birgə əməkdaşlıq imkanlarını müzakirə etmək, sudan təkrar istifadə istiqamətində praktiki işləri sürətləndirmək və dövlət-özəl tərəfdaşlığı üzrə müvafiq iqtisadi mexanizmləri hazırlamaqdır.
 

Görüşdə iştirak etmək istəyən sahibkarlar və ya onların nümayəndələrindən adı, soyadı, təmsil etdiyi təşkilatın adı, qeydiyyat ünvanı barədə məlumatları faig.mutallimov@eco.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
 

Görüşün linki iştirakçıların poçt ünvanlarına göndəriləcək.
İştirakçılar daha ətraflı məlumat almaq üçün görüş üzrə əlaqələndirici şəxs-Faiq Mütəllimovla (+994 55 505 82 42) əlaqə saxlaya bilərlər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !