Mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulunun keçiriləcəyi ünvanlar -

Mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulunun keçiriləcəyi ünvanlar

İstismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün «Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol» kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu avqustun 12-də Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr-ti, 558-556  ünvanında, avqustun 14-də isə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S. S. Axundov, 3123 ünvanında keçiriləcək.

Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq altı ünvanda, ümumilikdə 269 mənzilin sənədlərinin səyyar qəbulu aparılıb. Standart qaydada vətəndaşların mülkiyyət hüququnu təstiq edən sənəd (çıxarış) 15 iş günü ərzində hazır olur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !