Cəngi etno-caz qrupunun Evdə qal evdə yarat təşəbbüsü çərçivəsində yaratdığı kompozisiya beynəlxalq festivalda səsləndirilib - - FOTO

“Cəngi” etno-caz qrupunun “Evdə qal evdə yarat” təşəbbüsü çərçivəsində yaratdığı kompozisiya beynəlxalq festivalda səsləndirilib - FOTO

2020-ci il 8 avqust tarixində Rusiya Federasiyasıın Sankt-Peterburq Mədəniyyət Komitəsinin dəstəyi və Sankt-Peterburq Teatr və Musiqi Muzeyinin təşkilatçılığı ilə "Dünya Musiqiləri" adlı Beynəlxalq Etnik Festival keçirilmişdir.
 

Rusiyanın məşhur sosial şəbəkəsi olan “Vkontakte”, "Böyük Efir" telekanalının "Üçrəngli Kino və TV" tətbiqləri və “Rusiya Federasiyasının Mədəniyyət” portalında onlayn formatda yayımlanan festival artıq beşinci ildir ki Sankt-Peterburq şəhərində keçirilir.
 

Festivalda Rusiyanın müxtəlif bölgələri və xarici ölkələrin iştirakçıları ilə yanaşı, Azərbaycandan Xalq artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” etno-caz qrupu tərəfindən Dave Brubeckin “Take Five” əsərinin milli musiqi alətlərində ifası adıçəkilən festivalda səsləndirilmişdir. Mədəniyyət Nazirliyi və Kreativ Azərbaycan Portalının “Evdə qal evdə yarat” təşəbbüsü çərçivəsində yaradılan kompozisiya auditoriyanın böyük marağına səbəb olmuşdur.
 

Festival iştirakçıları 2021-ci ilin avqust ayında Sankt-Peterburq şəhərinin Şeremetyev Sarayında açıq havada keçiriləcək növbəti "Dünya musiqiləri" beynəlxalq etnik festivalında çıxış etmək üçün dəvət edilmişlər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !