Yük avtomobilində siqaretlər aşkarlanıb -

Yük avtomobilində siqaretlər aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobili saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Bundan sonra avtomobilə baxış keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda olan yorğanın içərisində və ayaqaltı örtüyünün altında cəmi 8800 ədəd "Marlboro" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !