BDU əlavə təhsil (kadrların yenidənhazırlanma təhsili) almaq üçün tələbə qəbulu elan edir -

BDU əlavə təhsil (kadrların yenidənhazırlanma təhsili) almaq üçün tələbə qəbulu elan edir

Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti 2020/2021-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə əlavə təhsil (kadrların yenidənhazırlanma təhsili) almaq üçün tələbə qəbulu elan edir:

 

1.  Riyaziyyat müəllimliyi
2. Coğrafiya müəllimliyi
3.  Kimya müəllimliyi
4.  Biologiya müəllimliyi
5.  Fizika müəllimliyi
6.  İnformatika müəllimliyi
7.  Tarix müəllimliyi
8.  Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
9.  Rus dili və ədəbiyyatı müəllimliyi

 
Kadrların yenidənhazırlanma təhsili əyani təhsilalma forması üzrə müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Bakı Dövlət Universiteti publik hüquqi şəxs arasında bağlanılmış fərdi müqavilələr əsasında həyata keçirilir. Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun olaraq ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə müsabiqədə iştirak edə bilərlər.
 


Kadrların yenidənhazırlanma təhsili almaq istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:



- Rektorun adına ərizə;

- Ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiq olunmuş surəti;

- 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil;

- Sağlamlıq haqqında arayış;

- Şəxsiyyət vəsiqəsinin surəti.

 


Xarici ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamə təqdim etməlidirlər.



Sənədlər 2020-ci il avqust ayının 11-dən 31-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək əsas binada (245 nömrəli otaqda) qəbul edilir.



Kadrların yenidənhazırlanma təhsili almaq üçün Universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər yenidənhazırlanma təhsilinə qəbul edilirlər.



Ünvan: Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi 33, AZ-1148
Telefon: (012) 539-06-86

Elektron poçt: tim-elavetehsil@bsu.edu.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !