"Qarabağ"ın rəqibi Bakıya çarterlə uçacaq - (AZpressAZ) İNTİQAM Məmmədov

"Qarabağ"ın rəqibi Bakıya çarterlə uçacaq (AZpressAZ) İNTİQAM Məmmədov

Avqustun 18-də UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinə start veriləcək. Ölkəmizi qitənin bu ən nüfuzlu turnirində təmsil etməyə hazırlaşan "Qarabağ" klubu həmin gün evdə Şimali Makedoniyanın "Sileks" klubunu qəbul edəcək. Tofiq Bəhramov adına stadionda keçirilməsi nəzərdə tutulan görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Yeri gəlmişkən, "Sportmedia"nın yaydığı məlumata görə, çempionumuzun rəqibi isə avqustyun 17-də səhər saatlarında çarter reyslə Bakıya uçacaq. Qonaq komanda elə həmin gün adışəkilən stadionda iki dəfə məşqə çıxacaq. Maraqlı bir məqamı da qeyd edək ki, Avrokubok yarışlarının ilk təsnifat mərhələsində "Qarabağ"la yanaşı, daha iki təmsilçimiz Şimali Makedoniya klubu ilə qarşılaşacaq. Avropa Liqasında çıxış edən ""Neftçi" "Şkupi", "Sumqayıt" isə "Şkendiya" ilə qarşılaşacaq. Avqustun 27-də baş tutacaq həmin oyunlar da Bakıda keciriləcək.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !