"ABAD"da yeni təyinat olub -

"ABAD"da yeni təyinat olub

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət)  tabeliyində fəaliyyət göstərən “ABAD” publik hüquqi şəxsdə yeni təyinat olub.
 

AZpress.AZ-ın xəbərinə görə, quruma yeni sözçü təyin olunub.
 

Belə ki, Ləman Əhmədova "ABAD"ın marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri təyin edilib. Ləman Əhmədova artıq vəzifəsinin icrasına başlayıb.
 

Məlumat üçün bildirək ki, L.Əhmədova Bakalavr və magistr dərəcəsini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya ixtisası üzrə alıb. 2015-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsində aparıcı məsləhətçi vəzifəsi üzrə çalışıb. Həmçinin ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzinin rəhbəri vəzifəsini icra edib. O bu günə kimi, karyera mərkəzi çərçivəsində bir sıra təlimlər və xüsusəndə rəqəmsal marketinq sahəsi üzrə layihələr həyata keçirilib. Layihələrdən biri öz rəğbətini qazanmış SMM Business Breakfast-dır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !