AQTA əməkdaşları daha 139 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib -

AQTA əməkdaşları daha 139 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.


Belə ki, AQTA əməkdaşları tərəfindən 11 avqust 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 94 ictimai iaşə obyekti, 45 ərzaq satışı mağazası olmaqla ümumilikdə 139 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.


Reyd keçirilən obyektlərdən 78-də
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
 


Bakı şəhəri üzrə:


“Şəki”, “Şəms”, “Real-S”, “AA”, “Best”, “Qasım” marketlər, Sabirzadə Rövşən Mübariz oğluna, İsmayılova Afət Məhəmməd qızına, Əliyev Rəhim Kamal oğluna məxsus ərzaq mağazaları, Əliyev Habil Fərhad oğluna məxsus şirniyyat mağazası

 

Digər şəhər və rayonlar üzrə:
 

İsmayıllı rayonunda Dəmirov Rəhim Zahid oğluna, Qarayev Səməd Gəncimalı oğluna, Babayev Röyal Vahid oğluna, Şükürov Müseyib Bəkir oğluna və Mürsəliyev İlqar Bəxtiyar oğluna məxsus kafelər, Abbasov Füzuli Dadaş oğluna, Kərimli Elxan Yavər oğluna, Şıxəliyev İxtiyar Umud oğluna məxsus yeməkxanalar
 

Kürdəmir rayonunda Qədirov Natiq Əhməd oğluna, Abışov Mahir Qarakişi oğluna, Əhmədov Fərid Sənan oğluna, Salayev Habil Zabil oğluna, Məmmədov Tərlan Aydın oğluna, Şəmiyev Sevan Kazım oğluna, Hüseynov Rasim Tahir oğluna, Novruzov Taleh Tacəddin oğluna məxsus kafelər, Rəcəbov Hafiz Saleh oğluna, Mehdiyev Elməddin Nurəddin oğluna və Hacıyev Bagir İlham oğluna məxsus restoranlar
 

Ağsu rayonunda Hacıyev Ağakişi Mustafa oğluna, Oruclu Mirmahmud Mirsəfər oğluna, Valehli İlkin Mahir oğluna məxsus kafelər, Quliyev Rızaağa Gündüz oğluna, İmanov Ramil Əmənulla oğluna məxsus yeməkxanalar, Şeydayev Babək Cavanşir oğluna məxsus restoran
 

Şamaxı rayonunda Binyətov Yaşar Ağabala oğluna, Alıyev Samir Cəlil oğluna, Ağaməmmədov Çingiz Ağaməmməd oğluna, Ağakərimov Firavan Eldar oğluna, Hümbətov Şahin Süleyman oğluna məxsus restoranlar, Feyzullayev Tofiq Feyzulla oğluna, Nəbiyev Sahib Uruf oğluna məxsus yeməkxanalar, Nağıyev Samir Seymur oğluna məxsus kafe
 

Neftçala rayonunda Əsədli Azər Raqib oğluna, Nəcəfov Qəhrəman Məhərrəm oğluna, İbrahimov Rafiq Müstəcəb oğluna məxsus kafelər
 

Saatlı rayonunda Ağamirzəyev Seymur Fərqəməli oğluna, Əliyev Elçin İmran oğluna, Mehdiyev Mansur Balaxan oğluna məxsus kafelər, Babayev Əzizağa Alməmməd oğluna məxsus restoran
 

Hacıqabul rayonunda Cabbarov Ramiz Kərəm oğluna, Xəlilov Aydın Maarif oğluna məxsus kafelər
 

Şirvan şəhərində Məmmədov Ramin Ərzulla oğluna, Mahmudov Rauf Rafiq oğluna məxsus yeməkxanalar, Xəlilov Mehman Vaqif oğluna məxsus restoran, Əsgərov Ehtiram Dünyamalı oğluna, Zeynalov İsmayıl Aslan oğluna, Quliyev Məhərrəm Əbülfəz oğluna, Hüseynov Ceyhun Yadulla oğluna, Babayev İlqar Ağalar oğluna, Nağıyev Rasim Mürseyib oğluna məxsus kafelər, “Çınqıl” və “Damla” kafeləri
 

Tovuz rayonunda “Görüş”, “Bahar” kafeləri, “Moskva” market


Qazax rayonunda “Azər”, “Səfa” kafeləri, “Sadiq” market


Ağstafa rayonunda “Görüş” və Hüseynov Taleh Abdulla oğluna məxsus kafelər, “Səmədoğlu” market

Şəmkir rayonunda “Pub Center”, “Maracana lounge” restoranları, “Çinaraltı” market


Gədəbəy rayonunda “Nur”, “Yaşıl bağ” kafeləri, “Ümid” market


Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !