Cəmi 15 dəqiqəyə Unibankda onlayn sahibkar hesabı aç! - - VİDEO

Cəmi 15 dəqiqəyə Unibankda onlayn sahibkar hesabı aç! - VİDEO

Fərdi və ya hüquqi şəxs olan sahibkarsınızsa, bank hesabı açmaq üçün Unibank filialına gəlməyinizə ehtiyac yoxdur. Biznes müştərilərinin işini asanlaşdırmağı, onlara banka gəlmədən, elə işlərinin başında xidmət göstərməyi hədəfləyən Unibank, fərdi və hüquqi şəxs olan sahibkarlar üçün onlayn bank hesabı açmaq xidmətini davam etdirir. Onlayn hesab açılan zaman rekvizitlər birbaşa biznes sahibinin özünə göndərilir və hesabı aktivləşdirməyə görə banka gəlməyə ehtiyac qalmır.
Onlayn sahibkar hesabı açmaq üçün nə etmək lazım olduğunu videodan izləyə bilərsiniz: https://youtu.be/bpXi3mUdiZc
 


Məhsul və xidmətlərdə rəqəmsallaşmanı əsas götürən Unibank, hazırda biznes sahiblərinə çoxsaylı onlayn bank məhsul və xidmətləri təklif edir. Banka gəlmədən onlayn hesab açmaq, tranş kredit xəttindən onlayn istifadə etmək, onlayn formada İB və MB-yə qoşulmaq, onlayn overdraft kreditlərindən faydalanmaq biznes sahiblərinə istədikləri yerdə və istədikləri vaxt keyfiyyətli onlayn bank xidməti ilə təmin olunmaq imkanı yaradır.
 


Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 10.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və  bankın saytından http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.



Unibank-Biznesinizə daimi dəstək!
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !