BDU Gənc istedadlar liseyinin qəbul imtahanı vaxtı -

BDU “Gənc istedadlar” liseyinin qəbul imtahanı vaxtı

Əziz şagirdlər, hörmətli valideynlər!

 
Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyinin 2020/2021-ci tədris ili üçün V siniflərə şagird qəbulu imtahanı 25 avqust 2020-ci il tarixində keçiriləcəkdir.

İmtahanın başlama vaxtı: saat 11:00

İmtahanın keçiriləcəyi yer: Bakı Dövlət Universitetinin 1 saylı tədris binası

İmtahanın keçirilmə forması: ənənəvi qaydada, test üsulu ilə

 

İmtahanda iştirak edəcək şagirdlər imtahana buraxılış vərəqəsi və sağlamlıq haqqında bəyannamə formasını 19, 20, 21 və 24 avqust tarixlərində saat 10:00-dan 17:00-dək “Gənc istedadlar” liseyinin sənəd qəbulu komissiyasına müraciət edərək əldə edə bilərlər.

Buraxılış vərəqəsi üçün aşağıda göstərilən sənədlər komissiyaya təqdim olunmalıdır:

- Şəxsiyyəti təsdiq edən sənədin surəti

- 3x4 ölçüdə 2 ədəd foto şəkil

Əlaqə:

Email: genc-istedadlar@bsu.edu.az

Tel: (012) 510-74-54

(012) 510-74-94

(050) 793-82-18

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !