Mən çox istəyərdim ki,mənim anam siz olasınız,Afaq Bəşirqızı. - - Lalə Vegan yazır

Mən çox istəyərdim ki,mənim anam siz olasınız,Afaq Bəşirqızı. - Lalə Vegan yazır

Azərbaycan incəsənət tarixində qızıl səhifələrinə yazılmış böyük bir sənətkarımız Bəşir Səfəroğlunun övladı və onun sənətinin davamçısı Afaq Bəşirqızından istəyirəm danışım. Afaq Bəşirqızı Səfərova 1955-ci il 15 avqustda Minurə xanim ve SSR-in xalq artisti,sevimli,istedadlı,maraqlı,unudulmaz aktyor Bəşir Səfəroğlunun ailəsində Baki şəhərində dünyaya göz açıb. Atası Afaqı şərqşünas görmək istəyirdi. Ancaq taleh belə gətirdi ki,qızı onun yolunu davam edir. Yaxşı ki,edir. Çünki mən Azərbaycan kino ve teatrını Afaqsız təsəvvür edə bilmirəm. Və onun canlandırdığı obrazlarda da başqa heç kimi görmürəm. Baxa bilmərəm başqası oynasa Afaqın yerinə. Afaq Bəşirqızı istedadlı,çox maraqlı,səhnə və efirə lazımlı aktrisadır. Onun tamaşalarına mən illərdir böyük maraq və həyəcan ile baxıram. Afaq məni pərəstişkarları güldürməyi də,kövrəltməyi də,düşündürməyi də bacarır. Son illər " Toya bir gün qalmış.", "Bankir adaxlı.", " Toy olsun.", "O olmasın,bu olsun.", "Ər və arvad." tamaşalarna baxıram. 

Bir müddət Tibb işçiləri Mədəniyyət evinin dram dərnəyinə (rəhbəri Məhərrəm Bədirzadə) gedib. 1974-1979-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutu (indiki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti təhsil alıb. Aktrisalıq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb. 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrına dəvət alan aktrisa 1989-cu ilə qədər burada çalışıb. Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək şöhrət qazanıb. Onun "Bəxt üzüyü" tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) göndərilən Afaq Bəşirqızı bugünə kimi həmin teatrda çalışır. Afaq Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Azərbaycan Televiziyasında hazırlanmış Anarın "Evləri köndələn yar" (Darçınbəyim), Vaqif Səmədoğlu "Yaşıl eynəkli adam" (Zəhra), Əli Əmirlinin "Bala başa bəla" (Suğra), Məcnun Vahidov "Yarımştat" (Ayna), Aqşin Babayevin "Nekroloq"(Gülya) əsərlərinin teletamaşalarında müxtəlif xaraktirli rollar və "Afaq gülür güldürür" şousunda müxtəlif obrazlar yaradıb. Azərbaycanfilmin istehsalı olan Bəxt üzüyü Söylü rolunda və Mozalan Satirik Kinojurnalıında "Uşaq bağçası", "Ət kombinatında", "Xaricdə belə deyil", "Belə də olur" nömrələrinin süjetlərində çıxış edib.
Afaq Bəşirqızının Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib, 17 may 1989-cu ildə Azərbaycan SSR əməkdar artisti, 1993-cü ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına, 1993-cü ildə və 2003-cü ildə "Qızıl Dərviş" mükafatına layiq görülüb. Uzun illər Prezident mükafatına layiq görülüb. 2013-cü ildə "Şöhrət” ordeni ilə təltif olunub, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif olunub.13 avqust 2015-ci ildə Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmişdir.
Afaq Bəşirqızı həm də ürəyi böyük insandır. Ədalətsizliyə,haqqsızlığa susmayan insandır. Hətta,2019-cu il 1 martda Azerbaycanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun Prezident Ilham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı Afaq Bəşirqızı yeganə sənətkar idi ki,özü üçün yox,yoldaşları üçün danışdı. Aktyorların maaşlarının artmasını ürək agrısı ilə xahiş etdi. Və bu xahiş tezlik ilə,dəfələr ilə yerinə yetirildi. Aktyorların maaşi ilk novbədə 50 faiz,daha sonra - teatrın Akademik adını almağına görə və sentyabrın 1-dən də 40 faiz artdı. Afaq həmişə xalqı üçün danışır,xalqı üçün mübarizə edir.
Afaq xanım,mən Sizi ilk növbədə gözəl bir ana kimi görürəm. Heyif ki,insan doğmalarını özü seçə bilmir. Mən çox istəyərdim ki,mənim anam siz olasınız,Afaq Bəşirqızı. Sizi Ad gününüz münasibəti ilə ürəkdən təbrik edir,Sizə möhkəm can sağlığı,uzun-uzun ömür arzu edirəm. Əlbəttə,yeni-yeni tamaşalar,məni yenə həm güldürüb,həm kövrəldən obrazlar arzu edirəm. Və ürəyinizdəki arzuların mütləq çin olmasını arzu edirəm. Haqsızlıqlar ile mübarizədə Sizə güclü,səbrli olmağı arzu edirəm. Və qəlbimdəki Sizə qarşı böyük sevgiyə görə,Ana sevgisinə görə Sizə dərin təşəkkürümü bildirirəm. Siz mənim sevimli Afaqımsız. AZpress.AZ Sizin Lalə Vegan. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !