AMEA Yer Elmləri bölməsinin Elmi Şurasının iclası keçirilib -

AMEA Yer Elmləri bölməsinin Elmi Şurasının iclası keçirilib

Avqustun 14-də Azərbaycan Milli Elmlər Akademiyası Yer Elmləri Bölməsinin Elmi Şurasının videoiclası keçirilib. Elmi Şura üzvülərinin, Bölməyə daxil olan institut və elmi təşkilatların rəhbərlərinin iştirakı ilə keçirilən iclasda gündəliyə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyulun 27-də təsdiq etdiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifərlə bağlı məsələlər, eləcə də AMEA Neft və Qaz İnstitutunun strukturunda qismən dəyişikliklər edilməsi haqqında müzakirələr aparılıb. AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyevin sədrliyi ilə keçirilən iclasda qlobal istiləşmə ilə bağlı dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda su ehtiyatlarının azaldığı, bununla bağlı hökümət tərəfindən müvafiq addımlar atıldığı vurğulanıb. Həmçinin Yer Elmləri Bölməsi tərəfindən məsələyə dair müəyyən təkliflərin hazırlanması haqqında da fikir mübadiləsi aparılıb. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli iclasda müzakirə olunan məsələlərə dair öz fikir və təkliflərini bildirib.


AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !