"PSJ" ÇL-nın ilk yarımfinalçısıdır - -FOTO=5(AZpressAZ) İNTİQAM Məmmədov

"PSJ" ÇL-nın ilk yarımfinalçısıdır -FOTO=5(AZpressAZ) İNTİQAM Məmmədov

Portuqaliyanın paytaxtı Lissabonda UEFA Çempionlar Liqasının 1\4 final mərhələsinə start verilib vu qitənin ən nüfuzlu turnirində ilk yarımfinalçı bəlli olub. Söhbət "Eştadiu da Luş" stadionunda baş tutan "Atlanta" (İtaliya) - "PSJ" (Fransa) matçından gedir. Maraqlıdır ki, matçda ilk qol vuran və qarşılaşmanın favoriti İtaliya təmsilçisi olsa da, qələbə sevincini yaşayıaraq, adını yarımfinala yazdıran "psj" olub. Qeyd edək ki, "PSJ" son 25 ildə ilk dəfədir ki, ÇL-nın yarımfinalına çıxa bilib. Görüşün 26-cı dəqiqəsində Paşaliç baxımlı bir qola imza ataraq, "Atlanta"nı hesabda irıli çıxarıb - 1:0. Lakin italiyanlar bu hesabı sona qədər qoruyub saxlaya bilməyiblər. 90-cı dəqiqədə Markinos dəqiq zərbə ilə pozulmuş statusu bərabərləşdirib - 1:1.Bunun ardından isə meydana 79-cu dəqiqədə çıxan Erik Maksim Şupo-Motinq "Atlanta"nın qapısınayol taparaq, komandasına qələbə qazandıran qola imza atıb. Bunla da Fransa təmsilçisi hakimin oyuna əlavə etdiya vaxtda 149 saniyə ərzində rəqəbin qapısına iki qol vurmaqla matçın taleyini əksinə həll edib. Fransızların birinci qolunda Heymar, ikincidə isə Kliana Mbappe assisentlik edib.
Yeri gəlmişkən, Son 19 ildə ilk dəfə pley-offda İtaliya komandasını məğlub edən "PSJ" yarımfinalda "Leypsiq" (Almaniya)/"Atletiko" (İspaniya) marçının qalibi ilə qarçılaşacaq.
İNTİQAM Məmmədov 

**** **** ****
Çempionlar Liqasının 1\4 finalında baş tutan və 1:2 hesabla bitən "Atlanta" (İtaliya) - "PSJ" (Fransa) matçı bir sıra maraqlı məqamlarla yadda qalıb. Belə ki, "PSJ"-nin vurduğu tarazlıq qolunun ötürücüsü olan braziliyalı forvard Heymara nəhayət ki, 5 illik fasilədən sonra yenidən bu turnirin yarımfinalına çıxmaq nəsib olub. Xatırladaq ki, Neymar 2015-ci ildə "Barselona"nın heyətində Çempionlar Liqasını udandan sonra, indiyədək bir dəfə də olsa turnirin 1\4-indən uzağa gedə bilməmişdi. Çünki, 2015\16-cı illər məvsümündə "Barsa" 1\4-də "Atletiko", bir il sonra isə "Yuventus"la bacarmayıb. 2017-ci ildə isə o, 222 milyon avroya "PSJ"-yə satılandan sonra onun yeni komandası dalbalal iki il 1\8-də Madrid "Real"ına və "Mançester Yunayted"ə uduzub.
Mbappeyə gəlincə, bu futbolçu ÇL-nın 1\2-də son dəfə 2016\17-ci illər məvsümündə "Monako"nun heyətində oynayıb və onda da ev və səfər matçında "Yuventus"a (İtaliya) məğlub olub.
İNTİQAM Məmmədov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !