BAKIXANOVLAR FİLMİ GÖRÜŞÜNÜZƏ GƏLİR - -Rafael Huseyn FOTO=26

“BAKIXANOVLAR” FİLMİ GÖRÜŞÜNÜZƏ GƏLİR -Rafael Huseyn FOTO=26

El sözüdür ki, hər dəqiqənin bir hökmü var.
Atalarımız yumşaldıb söyləyib. Dəqiqə nədir, hər anın bir hökmü var. Hətta yeri düşəndə daha çox.
Filmlər adətən aylar boyu çəkilir. Amma həmin anların hər biri sonra dönüb olur tarix və illər, onillər boyu yaşayır.
Bakıxanovlar nəsli haqqında Azərbaycantelefilmdə çəkdiyimiz film də neçə aylar ərzində yarandı.
Biz həmin filmin çəkilişlərini başlayanda hələ dünya rahat idi.
İnsanlar maskasız gəzirdi, pandemiya təhlükəsi dünyanı təcrid halına gətirməmişdi.
İndiki vaxt olsaydı, o çəkilişlərin çoxunu edə bilməzdik.
Vaxtında etdik, anlar tarixləşdi.
Çəkilişlərdən birində Bakıxanovlar nəslinin böyük dəstəsini toplamışdıq bir yerə. Sonra yadigar şəkil də çəkdirdik. Kadrda ahıllı-cavanlı nə qədər insan və mən. Amma o qədər adamın cəmi iki familiyası var. Biri mənim soyadım, qalanları hamısı Bakıxanov.
Çoxdandır ki, insanlarımızın belə kollektiv fotoları da yaranmır.
İnşallah, bu sıxıntımız da tezliklə bitər.
Nəhayət, əməyimizin bəhrəsi hər kəsə görsənəcək.
Azərbaycan Televiziyasının Mədəniyyət kanalı avqust ayının 18-də saat 21.15-də “Bakıxanovlar” filmimizi ilk dəfə nümayiş etdirəcək.
Film boyu da əsas bələdçimiz nəslin 90 yaşlı ağsaqqalı, görkəmli bəstəkarımız Tofiq Bakıxanovdur.
Bu film indi tarixlə doludur.
Amma inanıram ki, 10 il, 20 il, 30 il və daha çox illər sonra bu film indikindən də qat-qat dəyərli olacaq.
18 avqust, saat 21.15.
AZTV
MƏDƏNİYYƏT
Kanalı
“BAKIXANOVLAR” filmi 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !