BDU-nun məzunları ən yüksək nəticə göstərənlər sırasında - - FOTO

BDU-nun məzunları ən yüksək nəticə göstərənlər sırasında - FOTO

Müəllimlərin işə qəbulu müsabiqəsində Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunları -  Aytac Quliyeva və Səfalı Əlizadə yüksək nəticə əldə ediblər. Azərbaycan dili və ədəbiyyat fənni üzrə keçirilən imtahanda iştirak edən A.Quliyeva 59, S.Əlizadə 58 ballıq nəticə göstərib.

Xatırladaq ki, avqustun 14-dən müəllimlərin işə qəbulu üzrə imtahanlara start verilib. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim olunur. İmtahan keçirilən bütün regional mərkəzlərdə bu müddət başa çatdıqdan sonra namizədlərə 10 dəqiqə ərzində səhv cavablandırdığı sualları görmək imkanı yaradılır.

Yüksək nəticə göstərən məzunlarımızı təbrik edir, uğurlar arzulayırıq!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !