Estoniyada yaşayan azərbaycanlı rəssamın 80 illik yubileyi qeyd edilib - - FOTO

Estoniyada yaşayan azərbaycanlı rəssamın 80 illik yubileyi qeyd edilib - FOTO

Tallin şəhərində fəaliyyət göstərən Azәrbaycan Evində rəssam Şamil Әliyevin 80 illik yubileyi və Estoniyanın dövlət müstəqilliyinin bərqərar olması münasibətilə sərgi keçirilib.


Tədbirdә Azərbaycanın və Türkiyənin Estoniyadakı diplomatik korpusunun, Estoniya parlamentinin, Mədəniyyәt Nazirliyinin, Tallin şəhər bələdiyyəsinin, İnteqrasiya Fondunun nümayəndələri, müxtəlif icmaların təmsilçiləri, mədəniyyət və incәsәnət xadimləri iştirak ediblər.


Tədbirdə Estoniya–Azərbaycan Mədəniyyət Mərkәzinin sədri Niyazi Hacıyev, Azərbaycan Evinin rəhbәri Zәhra Qəhrəmanlı, mədəniyyət nazirinin müşaviri Anne-Ly Reima, Estoniya İnteqrasiya Fondunun nümayəndəsi Kristina Pirgop çıxış ediblər. Natiqlər Estoniyanın Narva şəhərində yaşayan və fəaliyyət göstərən rəssam Şamil Әliyevin həyat və yaradıcılığı barədə ətraflı mәlumat veriblər, xalqlar və mədəniyyətlər arası dialoqa töhfələrinə, eləcə də Azərbaycanın zәngin mədəniyyət vә incəsənətinin qorunub, gәnc nəslə ötürülməsində xidmətlərinə görə Estoniya mədəniyyət naziri Tonis Lukas  və Estoniya İnteqrasiya Fondunun rəhbəri İrene Kaosar adından soydaşımıza təşəkkürnamələr təqdim olunub.


Qonaqlar Azərbaycan Evinin foyesindә rəssamın əsәrlәrindәn ibarət sәrgi ilə tanış olublar. Sərgi sentyabrın 18-dək nümayiş etdiriləcәk.


Yubiley tәdbiri İngiltərədə yaşayan məşhur eston vokalçısı Maria Veretenina, Polşada yaşayan eston musiqiçisi Daniel Julle vә azərbaycanlı gәnc ifaçı Nərgiz Əsgərovanın təqdim etdikləri konsert proqramı ilə davam edib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !