Nazir özəl təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb - - FOTO

Nazir özəl təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb - FOTO

Avqustun 20-də Təhsil naziri Emin Əmrullayev özəl təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə videokonfrans keçirib.

Görüşdə Təhsil naziri koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb. Müxtəlif təkliflər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib.

Görüş zamanı çıxış edən özəl təhsil müəssisələrinin rəhbərləri yeni tədris ili ilə bağlı fikirlərini bildiriblər. Həmçinin təklif olunan modellər haqqında müzakirələr aparılıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !