Polşanın TVP kanalı Azərbaycan mədəniyyətinə həsr edilmiş veriliş hazırlayıb - - FOTO

Polşanın TVP kanalı Azərbaycan mədəniyyətinə həsr edilmiş veriliş hazırlayıb - FOTO

Polşanın TVP telekanalının "Dadlı səyahət" (Podróże ze smakiem) verilişinin bir buraxılışı Azərbaycan mədəniyyətinə və mətbəxinə həsr olunub.

 

Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli bildirib ki, bununla bağlı telekanalın çəkiliş dəvətini məmnuniyyətlə qəbul ediblər. Qeyd edib ki, sentyabr ayından etibarən dekabra qədər 12 ölkənin mədəniyyət və mətbəxindən bəhs edəcək verilişlər təqdim olunacaqdır ki, bu ölkələrdən də biri Azərbaycandır.
 


Çəkiliş zamanı Fərid Cəfərli Azərbaycan mədəniyyəti, incəsənəti və mətbəxi barədə ətraflı məlumat verib, Aytən Sabili milli mətbəx nümunələrimizi nümayiş etdirib, Baba Abbasov (tar), prezident təqaüdçüsü Yasin Həsənov (xanəndə) və Nicat Həsənli (rəqqas) muğam, bəstəkar mahnıları və milli rəqsləri ifa ediblər.
 


Verilişin sonunda Baba Abbasov tarda Polşanın dövlət himnini ifa etməklə soydaşlarımızın TVP-yə təşəkkürünü musiqili şəkildə ifadə edib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !