QANLA YAZILAN TARİX - -FOTO=5 (AZpressAZ) Ə. ŞÜKÜROV.

“QANLA YAZILAN TARİX” -FOTO=5 (AZpressAZ) Ə. ŞÜKÜROV.

Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən rayon Xalq Teatrı sənətsevərlərə növbəti virtual kompozisiya təqdim edib.
Şəhid mayor Anar Novruzovun əziz xatirəsinə həsr olunan “Qanla yazılan tarix” adlı tamaşa-kompozisiyada teatrın sənət kollektivi ilə yanaşı, məktəblilər və "Viləş" məktəbəqədər təhsil müəssisəsinin azyaşlıları da iştirak ediblər.
Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən, eləcə də şəhid A. Novruzova ithaf edilmiş şeir parçalarından hazırlanan tamaşa-kompozisiya məzmunca milli birlik və oyanış, torpaqlarımız uğrunda mübarizəyə çağırış, vətənə, dövlətə sevgi kimi milli-mənəvi dəyərləri ehtiva edib. Eyni zamanda, kompozisiyada şəhid Anar Novruzovun timsalında vətənə, el-obaya bağlılıq, mərdlik kimi ən ali keyfiyyətlər poetik formada, obrazlı şəkildə ifadə edilib.
Virtual tamaşa rayon Mədəniyyət Mərkəzinin tamaşaçısız zalından sosial şəbəkələr vasitəsilə izləyicilərə canlı təqdim olunub.
Kompozisiyanın ərsəyə gəlməsində mərkəzin direktoru Vəkil İsmayılov, teatrın baş rejissoru Cəmaləddin Əliyev, quruluşçu rəssam Elsevər Əliyev və digərlərinin əməyi olub.
ƏLİHÜSEYN ŞÜKÜROV. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !