Azərbaycan internet məkanında Raund adlı veriliş yayıma başlayıb - -VİDEO

Azərbaycan internet məkanında “Raund” adlı veriliş yayıma başlayıb -VİDEO

Azərbaycan internet məkanında “Raund” adlı veriliş yayıma başlayıb. Azərbaycan Peşəkar Boks Federasiyasının dəstəyi ilə hazırlanan proqram youtube internet platforması vasitəsi ilə yayımlanır. Ölkəmizdə peşəkar boksa həsr olunmuş ilk və yeganə şou olan “Raund” layihəsi standart idman verilişi çərçivələrindən kənardadır. Boks tariximizin əfsanələrinin iştirak etdiyi verilişdə peşəkar boks haqqında məlumatlar verilir, idmançılarımızın fərqli cəhətləri tamaşaçılara təqdim olunur. Eyni zamanda həm maarifləndirici, həm də əyləncəvi funksiyaları öz üzərinə götürən layihə peşəkar komanda tərəfindən həyata keçirilir. Veriliş Zaur Mirzəzadənin təqdimatında yayımlanır.
Artıq “Raund” verilişinin ilk buraxılışı internet istifadəçilərinin ixtiyarına verilib. Youtube sosial platformasında Baku Fight Lab kanalında nümayiş olunan verilişin qonaqları Azərbaycanın müasir idman tarixinin parlaq simaları, Azərbaycan Peşəkar Boks Federasiyasının vitse-prezidentləri, boks üzrə gənclər arasında ilk dünya çempionu Fərhad Acalov, Azərbaycan idmançılarını dünya arenasına çıxaran ilk və yeganə promouter Ziya Əliyev olublar. Verilişdə Azərbaycanda peşəkar boksun yaranma və inkişaf tarixi, Azərbaycan boksunun dünya idman məkanına inteqrasiya məsələləri, mövcud problemlər, inkişaf perspektivləri müzakirə olunub.
Verilişə https://youtu.be/F6e_GfetKE4 linki vasitəsi ilə baxa bilərsiniz.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !