Ağstafa regional mədəniyyət idarəsinin təşkilatçılığı ilə gənc yazarlarla mədəniyyət işçilərinin onlayn görüşü baş tutdu - - FOTO

Ağstafa regional mədəniyyət idarəsinin təşkilatçılığı ilə gənc yazarlarla mədəniyyət işçilərinin onlayn görüşü baş tutdu - FOTO

Ağstafa rayon Mədəniyyət Mərkəzi Həsənsu kənd folklor klubunun təşəbbüsü,  Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilati dəstəyi  ilə gənc yazarlarla mədəniyyət işçilərinin onlayn görüşü baş tutdu. Virtual zəmində keçirilən tədbirdə müxtəlif bölgələrin yazarları – Mingəçevirdən Azərbaycan Yazçılar Birliyinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin məsləhət şurasının üzvü  Elşən Əzim, Ağcabədi dən AYB-nin üzvü, həmin rayonda fəaliyyət göstərən “Ələk Ədəbi Məclisi”nin rəhbəri  Məhsəti Musa, həmin məclisin üzvü və aparıcısı, AYB-nin üzvü Gündüz Sevindik, Bakıdan AYB-nin, DGTYB-nin üzvü, AMEA-nın doktorantı, Prezident  təqaüdçüsü Gülnar Səma , AYB-nin və DGTYB- nin üzvləri, prezident təqaüdçüləri Rübabə Sahib,Şəmkirdən Elməddin Nicat, Ağdamdan Ramil Mərzili, Qazaxdan Aşıq Pəri Məclisinin üzvü, Mirvarid Dilbazi Məclisinin sədr müavini Nuranə Təbriz, Ağstafadan AYB-nin, DGTYB-nin üzvü, Prezident təqaüdçüsü Rüfət Axundlu və Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdi rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları iştirak etdilər.


Tədbirin aparıcısı, Ağstafa rayon Mədəniyyət Mərkəzinin Həsənsu kənd folklor klubu filialının müdiri Rüfət Axundlu tədbiri açıq elan edərək ilk öncə tədbir iştirakçılarını salamladı və bu görüşün ərsəyə gəlməsində dəstəyinə görə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirova xüsusi minnətdarlığını bildirdi. Əsasən vətənpərlik mövzusunda müzakirələr və şeir ifaları ilə zəngin olan tədbirdə çıxış edən yazarlar dövlətimizin, ordumuzun qüdrətindən bəhs edərək diqqəti xüsusilə son hadisələrə yönəltdilər. Onlar iyul ayında ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlardan və cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə şanlı ordumuz tərəfindən həyata keçirilən cavab tədbirlərindən, düşmənin layiqli şəkildə geri oturdulması əməliyyatından qürurla danışaraq öz vətənpərvər şeirlərini səsləndirdilər. Mədəniyyət işçiləri tərəfindən maraqla qarşılanan görüşdə, xüsusilə Elşən Əzimin “Qıfıl”şeiri, Gündüz Sevindiyin  “Vətənə şeir yazmazlar”şeiri, Məhsəti Musanın “Oğlum Mahmud üçün”şeiri, Ramil Mərzilinin “Müharibə uşağı” şeiri tədbirinin gedişatına xüsusi rəng qatdı. Rübabə Sahibin və Gülnar Səmanın əhatəli çıxışları, Nuranə Təbrizin “Şəhid atası” şeiri, Rüfət Axundlunun ifasında maraqlı şeirlər iştirakçılara poetik dəqiqələr, xoş anlar bəxş etdi.


Tədbirin sonunda Ağstafa Regional Mədəniyyət İdarəsinin KİV və sosial şəbəkələrlə iş üzrə məsul əməkdaşı, mətbuat katibi Xəyal Nağıyev idarənin bölgədə mədəniyyətin inkişafına xidmət edən bir dövlət qurumu olduğunu vurğulayaq bu gün bu istiqamətdə yazarlarla görüşün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etdi. Bu tipli ədəbi-bədii tədbirlərin davamlı olmasını arzulayan X.Nağıyev yazarlara yeni yaradıcılıq uğurları arzu etdi.



Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat katibi

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !