Əməkdar artist Vəfa Fətullayevanın 75 illik yubileyinə həsr olunmuş foto-sərginin təqdimatı keçirilib - -FOTO=5 (AZpressAZ) Ağaddin Babayev– Lənkəran

Əməkdar artist Vəfa Fətullayevanın 75 illik yubileyinə həsr olunmuş foto-sərginin təqdimatı keçirilib -FOTO=5 (AZpressAZ) Ağaddin Babayev– Lənkəran

Avqustun 25-də Qəni Vəliyev adına Lənkəran Mədəniyyət Mərkəzinin Şağlaser kənd sənətkarlıq evində görkəmli teatr xadimi, Azərbaycanın Əməkdar artisti, Dövlət Mükafatı laureatı Vəfa Fətullayevanın 75 illik yubileyinə həsr olunmuş “Ömür vəfa etsəydi” başlıqlı foto-sərginin təqdimatı keçirilib.
Tədbirdə mədəniyyət işçiləri Lətif Nəhmətov, Əli Əkbərov, İldırım Paşayev və Rəhim Hüseynov çıxış edərək unudulmaz sənətkarın ömür yolundan söz açıblar. Qeyd olunub ki, Vəfa Fətullayeva 25 avqust 1945-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra 1970-ci ildən Azərbaycan Dövlət Dram Teatrının truppasında çalışıb. V.Fətullayeva yaradıcılığının çiçəkləndiyi bir vaxtda - 21 may 1987-ci ildə 42 yaşında vəfat edib.
Unudulmaz sənətkar bir sıra maraqlı obrazlarla əbədi olaraq xatirələrdə yaşayır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !