Anar Kərimov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndəsi ilə görüşüb - - FOTO

Anar Kərimov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndəsi ilə görüşüb - FOTO

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Ofisinin koordinatoru Teoman Tiryaki ilə görüşüb.
 

Görüş zamanı abidələrin bərpasına yeni yanaşmalar, mədəni irsin mühafizəsi, mədəniyyət və tarixi abidələrinin bərpası və konservasiyası sahəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
 

Görüşdə 18 aprel 2019-cu il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi arasında Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpası ilə bağlı imzalanmış “Niyyət Məktubu”na da toxunulub.
 

Qeyd olunub ki, həmin razılaşmaya uyğun olaraq TİKA-nın dəstəyi ilə Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpa olunması ilə bağlı tədbirlər həyata keçirilir.
 

Anar Kərimov bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
 

TİKA-nın Bakı Ofisinin kordinatoru Teoman Tiryaki da öz növbəsində ikitərəfli əlaqələrin önəmini qeyd edərək qəbula görə təşəkkürünü bildirib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !