Azərbaycan Milli Xalça Muzeyində yenilik - -FOTO=7

Azərbaycan Milli Xalça Muzeyində yenilik -FOTO=7

Azərbaycan Milli Xalça Muzeyihəm yerli əhalinin, həm də turistlərin muzeyimiz haqqında ətraflı məlumat almaq imkanlarını genişləndirmək üçün daim çalışır.Bu istiqamətdə muzeyimizin növbəti yeniliyi turistlər tərəfindən rahatlıqla istifadə edilən audiobələdçi mətnlərinin Azərbaycan, rus, ingilis və fransız dilləri ilə yanaşı artıq Ukrayna dilində də təqdim olunmasıdır.
Qeyd edək ki, 2019-cu ilin noyabr ayından Azərbaycan Milli Xalça Muzeyi və Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyinin birgə əməkdaşlığı nəticəsində bu layihənin həyata keçirilməsinə başlanılıb. Beləliklə, muzeyimizdə Ukrayna vətəndaşlarına yüksək səviyyəli ekskursiyaların təşkili məqsədilə audiobələdçi mətnlərininUkrayna dilinə tərcüməsi və səsləndirilməsi işi yekunlaşıb.
Birgə əməkdaşlıq çərçivəsində həmçinin Ukraynanın Azərbaycandakı səfirliyi tərəfindən Azərbaycan Milli Xalça Muzeyində maraqlı video-çarx da lentə alınıb. Ukraynanın Müstəqillik Günü münasibətilə hazırlanan video-çarxda muzeyin direktoru Şirin Məlikova və Ukraynanın ölkəmizdəkifövqəladə və səlahiyyətlisəfiriVladislav Kanevski Azərbaycan Milli Xalça Muzeyi ilə Ukrayna səfirliyinin ortaq layihəsindənbəhs ediblər. Şirin xanım həmçinin dost Ukrayna xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
Qeyd edək ki, muzeyimiz dünyanın istənilən nöqtəsindən bizi izləyən tamaşaçılarımıza daha yaxın və əlçatan olmaq üçünsəylərini davam etdirir.
Ukraynanın Azərbaycandakı səfirliyi tərəfindən hazırlanan video-çarx:
https://azerbaijan.mfa.gov.ua/news/azerbajdzhanski-muzeyi-zagovorili-ukrayinskoyu-movoyu 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !