Azərbaycan İlahiyyat İnstitutu Din araşdırmaları jurnalının beşinci sayına məqalə qəbulu elan edir -

Azərbaycan İlahiyyat İnstitutu “Din araşdırmaları” jurnalının beşinci sayına məqalə qəbulu elan edir

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Din araşdırmaları” jurnalının beşinci sayına məqalə qəbulu elan edir.


Məqalələrinin “Din araşdırmaları” jurnalında dərc olunmasını arzulayanlar 2020-ci il 1 noyabradək müraciət edə bilərlər.


“Din araşdırmaları” jurnalına Azərbaycan, türk, rus, ingilis və ərəb dillərində hazırlanmış elmi məqalələr qəbul edilir.


Məqalələr elektron qaydada redaksiyanın [email protected] elektron ünvanına göndərilməlidir.
Qeyd edək ki, elmi nəşrdə dinin teoloji, fəlsəfi, tarixi, sosioloji, psixoloji, ədəbi və digər aspektlərdən tədqiq olunduğu məqalələrin qəbulu nəzərdə tutulub.


 Aİİ-nin “Din araşdırmaları” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə və beynəlxalq standartlara uyğun şəkildə ildə iki dəfə nəşr olunur. Jurnalın redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran və İsveçrə kimi ölkələrdə fəaliyyət göstərən nüfuzlu alimlərdir.


Akademik nəşrlər ali təhsil müəssisələrinin elmi fəaliyyətinin əsas göstəricilərindən biridir. Gələcəkdə “Din araşdırmaları” jurnalının tanınmış beynəlxalq indekslərə daxil edilməsi nəzərdə tutulur.


“Din araşdırmaları” jurnalı 2020-ci ildən AAK tərəfindən fəlsəfə və psixologiya üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib.


 


Məsul şəxs: Elnarə Ağaoğlu


Əlaqə: (012) 510 65 45 (daxili 156)
            (070) 250 05 27
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !