Tarix-memarlıq abidəsi olan Hacı Abbas hamamında təmizlik işlərinə başlanılıb - - FOTO

Tarix-memarlıq abidəsi olan Hacı Abbas hamamında təmizlik işlərinə başlanılıb - FOTO

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yerli əhəmiyyətli tarix-memarlıq abidəsi olan Hacı Abbas hamamında təmizlik işlərinə başlanılıb. Abidənin içərisi və ətrafı sakinlər tərəfindən atılmış məişət tullantılarından təmizlənir.



Dövlət Xidmətindən bildirilib ki, yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülən tikili dəfələrlə zibildən təmizlənsə də, eyni hallar yenidən təkrarlanıb. Bununla bağlı sakinlərə müvafiq müraciətlər də olub. Sakinlər isə yaxınlıqda zibil qutularının olmadığından gileylənirlər. Həmin əraziyə yaxın yerdə zibil qutuları da qoyulacaq.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !