COĞRAFİYA İNSTİTUTUNUN YENİ NƏŞRLƏRİ ÇAPDAN ÇIXIB - -FOTO=2

COĞRAFİYA İNSTİTUTUNUN YENİ NƏŞRLƏRİ ÇAPDAN ÇIXIB -FOTO=2

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun “ iki yeni kitabı çapdan çıxıb.
“Azərbaycan coğrafiyası: formalaşma mərhələləri, inkişafının prioritet istiqamətləri” adlanan kitabın müəllifi Coğrafiya İnstitutu Coğrafi fikir tarixi şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Abil Haqverdiyev, elmi redaktoru akademik Ramiz Məmmədovdur.
Kitabda Azərbaycan coğrafiya elminin inkişaf tarixinə dair çoxillik tədqiqatlar əsasında ilk dəfə olaraq kompleks şəkildə ölkəmizdə coğrafiya elminin inkişaf tarixinə dair, formalaşma mərhələlərinə və müasir tədqiqat istiqamətinə dair elmi fikirlər və təcrübi nəticələr dövrlər üzrə təhlil olunmuşdur. Burada həmçinin Azərbaycanda coğrafiya elmi məktəbinin baniləri haqqında geniş məlumat veriib.
Monoqrafiya tədqiqatçı alimlər, tələbələr və geniş ictimaiyyət nümayəndələri üçün nəzərdə tutulub.
“Azərbaycanın tanınmış coğrafiyaçı-iqlimşünas alimləri” adlanan monoqrafiyanın müəllifləri İnstitutun şöbə müdirləri, coğrafiya üzrə fəlsəfə doktorları Abil Haqverdiyev və Xəyyam Rəhimovdur.
Kitabda Azərbaycanda coğrafiya elminin, o cümlədən iqlimşünaslıq elminin əsasını qoymuş görkəmli tədqiqatçı, professor V.İ.Fiqurovskinin, ölkəmizdə istilik balansının tədqiqatçısı və atlasın müəllifi, EA-nın müxbir üzvü Ə.M.Şıxlinckinin, Azərbaycanda meteoroloji-sinoptik proseslərin elmi-metodoloji əsasını qoymuş və onların genetik təsnifatını işləyib hazırlamış professor Ə.A.Mədətzadənin və kompleks iqlimşünaslığın və aqroiqlimşünaslığın inkişafında böyük xidmətləri olmuş professor Ə.C.Əyyubovun həyat və yaradıcılıqları, elmi-metodoloji konsepsiyaları, fikir və ideyaları öz əksini tapıb.
AMEA akademik. H. Əliyev adına
Coğrafiya İnstitutunun
ictimaiyyətlə əlaqələr şöbəsi  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !